
Hadisə
13:23, 02 May 2025
Yevlaxda minik maşını motosikletlə toqquşub.
Zekainfo.az xəbər verir ki, hadisə səhər saatlarında Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib. "Nissan" markalı avtomobilin motosikletlə toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Allahverdiyev Məhyəddin Əsəd oğlu yaralanaraq xəstəxanaya çatdırılıb.
Onun hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Unikal