Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir 

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir 
İqtisadiyyat 01 Dekabr 2023 - 11:35

Ağdərə rayonun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir 

Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, Azərbaycanda yeni rayon yaradılıb, Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar qəbul edilib. “Bununla bağlı dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaradıb. Bu xərclər dövlət büdcəsinin xərcləri çərçivəsində baş verə bilər. Ağdərə rayonun təsis edilməsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilməsinə ehtiyac yaranıb”, - deyə nazir əlavə edib.

reklamlar

Digər xəbərlər