İlham Əliyev bu tarixdə Sankt-Peterburqa gedəcək

İlham Əliyev bu tarixdə Sankt-Peterburqa gedəcək
Siyasət 30 Noyabr 2023 - 11:44

Dekabrın 26-da MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. 

Zekainfo.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlayıb. 

"Dekabrın 25-26-da Sankt-Peterburqda da iki mühüm tədbir keçiriləcək. Bu, dekabrın 25-də prezidentlər səviyyəsində Aİİ-nin Ali Şurasıdır, 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir", - deyə o qeyd edib.

Görüşdə Azərbaycan lideri İlham Əliyevin də iştirakı nəzərdə tutulub. 

Bundan əlavə, Lebedev əlavə edib ki, dekabrın 18-də Rusiyanın baş naziri Mixail Mişustinin təşəbbüsü ilə MDB hökumət başçılarının növbədənkənar iclası keçiriləcək.

reklamlar

Digər xəbərlər