Peşə təhsili alan qadınların sayı açıqlandı

Peşə təhsili alan qadınların sayı açıqlandı
Cəmiyyət 28 Noyabr 2023 - 13:51

2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir.

Zekainfo.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır.

C.Kərəmov qeyd edib ki, ən çox tələb olunan ixtisas, həmişə olduğu kimi, aşpazlıq üzrə olub.

reklamlar

Digər xəbərlər