Putin: Ukraynadakı müharibəni dayandırmaq lazımdır

Putin: Ukraynadakı müharibəni dayandırmaq lazımdır
Dünya 22 Noyabr 2023 - 18:10

“Danışıqlara hazırıq”.

Zekainfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitinə videomüraciətində deyib.

O bildirib ki, Ukraynadakı müharibəni necə dayandırmaq barədə düşünmək lazımdır: “Bu, faciədir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

reklamlar

Digər xəbərlər