Putin Təhlükəsizlik Şurası ilə videokonfrans keçirdi

Putin Təhlükəsizlik Şurası ilə videokonfrans keçirdi
Dünya 16 Noyabr 2023 - 17:44

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında operativ iclas keçirib.

Zekainfo.az xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda bir sıra böyük beynəlxalq tədbirlərin yekunları üzrə qərarların icrası müzakirə olunub.

İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edib.

Operativ iclasda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev müdafiə naziri Sergey Şoyqu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

reklamlar

Digər xəbərlər