Kamavinqa 2029-cu ilədək "Real"da

Kamavinqa 2029-cu ilədək "Real"da
İdman 07 Noyabr 2023 - 17:42

İspaniyanın "Real Madrid" komandası futbolçusu Eduardu Kamavinqa ilə müqaviləni yeniləyib.

Zekainfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2029-cu ilin yayınadək uzadıb.

Fransalı oyunçunun təzminat qiyməti isə 1 milyard avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ilin avqustundan “Real Madrid”in formasını geyinir.

“Kral klubu” daha əvvəl braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.


reklamlar

Digər xəbərlər