Ruhəngiz Allahverdiyeva: “Pulu olanda Aygünü çağırır, kasıblayanda məni”

Ruhəngiz Allahverdiyeva: “Pulu olanda Aygünü çağırır, kasıblayanda məni”
Şou biznes 20 İyul 2023 - 16:33

Müğənni, Əməkdar artist Ruhəngiz Allahverdiyeva qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.

Zekaisiginda.az xəbər verir ki, o, toy qiymətlərindən danışarkən yerlilərindən gileylənib:

"Mən lənkəranlıyam axı. Bir də görürsən, zəng gəlir, toya çağırırlar. "İmkanım yoxdur”, - deyəndə qiyməti aşağı edirəm, bəzən deyirəm - "eybi yox, lap havayı oxuyaram, ansamblın pulunu verər”. Bir dəfə elə biri zəng vurdu, xahiş etdi ki, yerliyik, havayı oxumağa razı oldum. Danışdıq, elə razı olmuşdum ki, qayıtdı ki, pullu vaxtlarımda Aygünü, Röyanı çağırmışam, indi pulum yoxdur. Dedim, dayan, gələsi olmadım, xeyir ola, pulun olanda Aygün, Röya, olmayanda mən yada düşürəm?” /Lent.az

reklamlar

Digər xəbərlər