10 günə 45 təsisatın birləşdiyi yeni fərqli ictimai hərəkat: VCA - Vətəndaş Cəmiyyəti Alyansı

10 günə 45 təsisatın birləşdiyi yeni fərqli ictimai hərəkat: VCA - Vətəndaş Cəmiyyəti Alyansı
Gündəm 10 Sentyabr 2020 - 09:53
45 rəsmi və qeyri-formal təsisatları sıralarına cəlb etmiş Vətəndaş Cəmiyyəti Alyansı (VCA) indiki gərgin fəaliyyətin və inkişaf etmiş gələcəyimizin simvoluna çevrilməi qarşısına məqsəd qoyub: pandemiyaya fərqli metodlarla qalib gələk!

Vətəndaş Cəmiyyəti Alyansının yaranması haqqında BƏYANAT

Dünyada gedən proseslər, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, eləcə də I Vitse-Prezident Mehriban xanım Əliyevanın apardığı yeni siyasi-dövlətçilik islahatları, Avropayönlü demokratik-mədəni, sivil-intellektual cəmiyyət quruculuğu proseslərində fəal iştirakımızı təsdiqləmək, ölkə rəhbərliyinin post-pandemiya dövrünə dair son zamanlardakı çağırışlarına cavab olaraq bir qurup QHT, KİV, yeni - sosial media və qeyri-formal qruplar - vətəndaş cəmiyyəti təsisatlarından ibarət yeni koalisiyanı, Vətəndaş Cəmiyyəti Alyansını yaratdığını bəyan edir.
27 avqust 2020-ci il tarixində ictimai sektorda fərqli baxışlar sərgiləyən bir qrup QHT liderləri və ənənəvi KİV -TV və mətbuat orqanlarının rəhbərləri, yeni media, İnternet resursları, portallar, saytlar, bloqlar, sosial şəbəkə səhifələri, qrupları, profilləri, Youtube və İnstagram, TikTok və Tvviter resursları, sosial media səhifələrinin sahiblərinin iştirak etdiyi onlayn görüş zamanı Vətəndaş Cəmiyyəti Alyansı yaratmağı qərara aldılar.
Karantindən sonra real təsis konfransı və ictimai təqdimatı keçiriləcək VCA Təşkilat Komitəsi yaradılıb və tanınmış ictimai xadim, YYSİB sədri Aydın Xan Əbilovun rəhbərliyi altında 27 avqust 2020-ci il tarixindən etibarən, fəaliyyət planına uyğun olaraq, işinə başlayıb. Təşkilat Komitəsinin üzvləri aşağıdakı QHT və KİV – yeni media rəhbərlərindən ibarətdir: Aydın Xan Əbilov, Almaz Zeynalova, Ramal Əliyev, Oqtay Əliyev (Ərgünəş), Gülayə Rzayeva, Rövşən Novruzoğlu, Qəni Camalzadə, İman İmanlı, Məhəmməd Məmmədov, Murad Hüseynov, Güllər Bəhramova, Cəmilə Çiçək (İsbəndiyarova), Hidayət Əbilli, Ülvi İlqar, Nizami Sıxcanov, Afər Cahangirov, Rüstəm İsmayılov, Leyla Məcidova, Xatirə Xatun, Nurlan Quliyeva, Elşad Şamilov, Tükəzban Cahangirova və b. VCA Təşkilat Komitəsi bəyan edir ki, platformada qeydiyyatdan keçmiş və dövlət qeydiyyatına alınması üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş vətəndaş cəmiyyəti təsisatları, eləcə də qeyri-formal qrupları, sosial şəbəkə birləşmələrini, gənclər klublarını öz sıralarında birləşdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin, III sektor, QHT-lərin, KİV, İnternet, yeni media, sosial şəbəkəlik, bloqqerlik, youtuberlik, vaynerlik, tiktokerlik kimi alternativ media, eləcə də milli diaspor hərəkatının və meydan sənəti kimi sahələrin qarşılaşdıqları problemlərin həlli ətrafında fəaliyyətləri əhatələməyi nəzərdə tutan VCA geniş ictimaiyyət üçün açıq elan edilir.

Vətəndaş Cəmiyyəti Alyansı yaratdığını bəyan edən təsisatlar aşağıdakı qurumlardır və qoşulmaq üçün siyahı açıqdır:

1) Yeni Yazralar və Sənətçilər İctimai Birliyi (Aydın Xan Əbilov)
2) Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi (Almaz Zeynalova)
3) Yenimedia.net - Analitik Sosial Media Portalı (Xatirə Xatun).
4) Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana resursu və portal (Mirzə İskəndərov)
5) Yeni Media TV (İman İmanlı).
6) Kreativ Ədəbiyyatçılar Klubu (Qəni Camalzadə)
7) Elmler.kitabxana.net (Nicat Rzayev)
8 YYSQ.kitabxana.net (Nicat Rzayev)
9) "Qayğı və Himayə" Xeyriyyə Fondu (Gülayə Rzayeva)
10) Kreativ Yaradıcı Gənclər Klubu Nicat Əliyev.
11) TV-lərin Analiz Qrupu (Bahadır Əliyev)
12) Qarabağ Araşdırmalar Mərkəzi (Oqtay Ərgünəş).
13) Gənclərə Psixoloji Dayaq və Xidmət Mərkəzi (Elşad Can Şamil).
14) "Kreativ Gənclər” Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi (Fərhad Allahverdizadə).
15) www.facebook.com/groups/kitabxana - Feysbuk resursu (Mirzə İskəndərov)
16) Anti-korrupsiya və Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzi (Rövşən Novruzoğlu)
17) Hüquqşünas Yazarlar Mərkəzi İB (Şəmsiyyə Bəylər)
18) "Mir Cəlal” Bütöv Vətənçilər Hərəkatı (Aydın Xan Əbilov)
19) "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi (Cəmilə İsbəndiyarova)
20) "Milli Zəka” jurnalı (Cəmilə Çiçək)
21) "Zəka işığında” saytı – www.zekaishiginda.az (Cəmilə Çiçək)
22) "Kimlik” jurnalı (Gülayə Könül)
23) www.firuza.net ədəbi saytı (Hidayət Əbilli)
24) Azərbaycan Kreativ-Geosiyasi İnnovasiyalar Mərkəzi (Məhəmməd Məmmədov)
25) "Mars" jurnalı (Ağacəfər Həsənli)
26) "Yurd" Jurnalı (Balayar Sadiq)
27) Nəsimi Ədəbi Məclisi (Balayar Sadiq)
28) "Ədəbi Körpü" - İnternet dərgisi (Səxavət İzzəti)
29) "Ərgünəş" Nəşriyyat-Poliqrafiya Birliyi (Oqtay Əliyev)
30) Regionaz İnternet TV (Murad Hüseynov)
31) "Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi" İctimai Birliyi (Aydın Bərdəli).
32) Turanxeber.az informasiya portal (Güllər Bəhramova)
33) Tarixçi Ekspertlər Qrupu (Leyla Məcidova)
34) Masallı - Ərkivan İctimai Fəallar Qurupu (Afər Cahangirov)
35) Pedoqoji Mütəxəsislər Klubu (Tükəzban Cahangirova)
36) Poetik Xanımlar Məclisi (Tubu İmanova)
37) Kreativ Animatorlar qrupu (Seyid Mircamal )
38) "Fateh” Feysbuk qrupu (Nurlan Quliyeva)
39) "Milli Toy Dəyərləri” Mədəni Hərəkat (Xatirə Xatun)
40) Yeyinti və Qida Məhsullarına Peşəkar Nəzarət (Rəşad Babazadə)
41) Neftçala İctimai Aktivistlər Qrupu (Hacı Savalan)
42) Gənc Fotoqrafçılar Qrupu (Rüstəm İsmayılov)
43) Ağdam İctimai Fəallar Qrupu (Qarayev İnşallah)
44) "Lerik” Uzunömürlülər Diyarı Qrupu (Ulvi İlqar)
45) Lənkəran İctimai Aktivistlər Qrupu (Nizami Şıxcanov)

İstənilən sağlam mövqeyli qurum və KİV yazılı surətdə sorğu göndərərək VCA-na üzv ola bilər və bununla əlaqədar Təşkilat Komitəsinə real və onlayn müraciət etmək mümkündür.

Əlaqə nömrələri: +994502134043, +994702134043

Vətəndaş Cəmiyyəti Alyansının Təşkilat Komitəsi
Azərbaycan, Bakı şəhəri,
27 avqust 2020-ci il.
VCA Məramnaməsi

Fərqli hədəflər - kreativ yanaşmalar - innovativ formatlar - kultural sistem!
VCA - Vətəndaş Cəmiyyəti Alyansının əsas məramı aşağıdakılardır:

1. Dövlətin ictimai əsgərləri kimi Vətəndaş Cəmiyyətinin yeni mərhələsini inkişaf etdirmək, fərqli demokratik-dövlətçilik, ictimai-sosial, kultural-elmi sistem yaratmaq;
2. Rəsmi qeydiyyatdan keçmiş QHT-lər ilə qeyri-formal qruplar və qeydiyyata alınmayan ictimai birliklərin, eləcə də KİV-yeni media-İnternet saytları-elektron informasiya mühitləri-sosial şəbəkə resursları-bloqqlar-youtube-feysbuk-tvviter-tiktok-instaqram kontent məkanlarının və qeyri-formal - alternativ gənclər qruplarının koalisiyası şəklində birləşərək ölkə üçün faydalılıq əmsalının artırılması;
3. İctimai-sosial könüllülük fəlsəfəsinin inkişaf etdirilməsi ilə yanaşı, ölkəmizi eko-təmiz məkana çevirmək üçün yeni yaşıl hərəkatları formalaşdırmaq, ekoloji təşkilatlar yaratmaq;
4. İctimai-sosial məlumatlandırma xidməti - İctimai-sosial detektiv texnologiyalarının yaradılması və tətbiqi, ASAN sistemi vasitəsi ilə vətəndaşların ictimai nəzarət mexanizmlərində iştirakını artırmaq;
5. Ümummilli Lider Heydər Əliyev Azərbaycançılıq milli-siyasi fəlsəfəsini genişləndirərən Prezident İlham Əliyevin dünyaya çıxartdığı multikulturalizm ideologiyasının davamı olaraq, görkəmli yazıçı-alim, düşüncə adamı Mir Cəlal Paşayevin Bütöv Vətən Hərəkatı - Virtual Azərbaycan məfkürəsi 55 milyonluq soydaşımızın əqidə və məslək uğrunda birləşdirilməsinə, yeni diaspor quruculuğuna xidmət edəcək.
reklamlar

Digər xəbərlər