Maduroya sui-qəsdlə bağlı 11 jurnalist saxlanılıb

Maduroya sui-qəsdlə bağlı 11 jurnalist saxlanılıb
Dünya 06 Avqust 2018 - 14:40
Venesuela Milli İşçi Birliyi ölkə başçısı Nikolas Maduroya qarşı sui-qəsdlə əlaqədar 11 KİV nümayəndəsinin saxlanıldığını açıqlayıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Venesuela, Argentina və İspaniyadan olan jurnalistlər var.
Qurumun bəyanatında bildirilir ki, 11 KİV nümayəndəsi əsassız olaraq saxlanılıb, daha bir neçəsi isə döyülüb.
reklamlar

Digər xəbərlər