“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
Xəbər 05 İyul 2018 - 21:22

Qardaşım dostu ilə 02.07.2018-ci il tarixində, saat təxminən axşam 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Üç tac - 3 karona” adlanan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Araz” supermarketidən tort alıb gətirdi. Həmin gecə Bakı şəhərində elektrik verilişi kəsilmişdi deyə, işıqlanma olmadığından, tortun keyfiyyəti, köhnəlmiş olub-olmadığını vizual müşahidə etmək mümkün deyildi. Satıcıların bildirdiyinə görə, tort məmulatı supermarketə guya yenicə gətirilib, biz də əmin olduq. Bu üzdən ailə üzvlərimizdən mən, bacım və qardaşım Səməndər o şirniyyat məhsulunu dadandan bir müddət sonra zəhərləndik. Əvvəlcə fərqinə varmadıq, düşünmədik ki, ölkədə tanınan bir supermarketlər şəbəkəsində alıcıların həyatına böyük təhlükə yaradan qida məhsulu satıla bilər. Axı biz adi, kiçik məhəllə dükanından deyil, məhz iri ticarət şəbəkəsindən almışdıq o tortu.

Ağrılar, mədə pozuntuları kimi fəsadlarla müşahidə olunan bu azarlanma xroniki xəstəliklərdən əziyyət çəkən bacı-qardaşlarımın sağlamlığlıqlarına daha da pis təsir etdiyini görüb çətinliklə də olsa evdə ilk yardımı göstərməyə çalışsam da, necə deyərlər, səhəri diri gözlə açıb, yaxınlıqdakı aptekdən bəzi sistem, dava-dərman aldıq. Bacı-qardaşlarım əlil olduqlqarından, fəaliyyət qabiliyyətləri olmadıqları üçün, evə tibb işçisi çağıraraq onlara və özüm üçün də sistem qoşdurdum.

Yaxşı ki, qardaşımın dostu və həmin gün bizim evdə qonaq qalan ailə dostu Aytac xanım bu "mədəbəlalı” tortdan istifadə etmədilər.

Səhətimdəki fəsadlara görə ümumi sağlamlıq durumum heç də yaxşı olmasa belə, vacib işlə əlaqədar, gecə havanın sərin vaxtında, saat təxminən 09:30 radaələrində Gəncə şəhərinə getməyə məcbur olsam da, gözüm arxada, bacı-qardaşlarımın yanında qaldı.

Növbəti gün Gəncədən qayıtdıqdan bir gün sonra evin yaxınlığındakı "Spar” supermrketinin Cavid adlı əməkdaşına başımıza gələnləri danışdım. O məndən xahiş edib bildirdi ki, bu barədə kimsəyə məlumat verməyim. 10 dəqiqə keçmişdi Cavidin zəngi əsasında "Araz” supermarketindən Aqil Quliyev adlı bir nəfər "Həmin marketdə bölmə rəhbəriyəm!” - deyə özünü təqdim edib, israrla bu məsələni ictimailəşdirməməyim üçün mənə hətta pul təklif etdi. Mən isə ona jurnalist peşəmi canım qədər sevdiyimi və bu məsələni ictimailəşdirərcəyimi, üstəlik hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edərək sağlamlığımıza vurduqları maddi və mənəvi ziyana görə təzminat istəyəcəyimi bildirərək təklifini rədd etdim. Növbəti gün, 6 iyulda səhər saatlarında Elvin adlı biri mənə zəng edərək özünü İctimaiyyətlə əlaqələr şöbəsinin işçisi kimi təqdim etdi və bildirdi: "Sizə təzminət ödəsək, siz bu məsələni bağlayıb, icimailəşdirmək fikrindən daşınacaqsızmı?!”

Mən, əlbəttə, təzminatı əvvəldən ödəsəniz də, ödəməsəniz də bu məsələni artıq ictimailəşdirmişəm dedikdə, Elvin adlı həmin şəxs aqresiv şəkildə cavab verərək bildirdi ki, əgər siz məhkəməyə müraciət edib, məsələni ictimailəşdirməkdə - şişirtməkdə davam etsəniz, əlinizdə Tibbi - Təcili Yardım xidmətinin arayışının olmadığını əsas tutaraq, bizi qəsdən şantaj etmək istədiyinizi deyəcəyik.

Əziz oxucular, "Araz” supermarketdən aldığımız vaxtı ötməklə xarab olmuş tort, az qala, üç insanın ölümünə səbəb olacaqdı. Buna görə də bu məsələni ictimailəşdirərək, əlaqədar dövlət qurumları, Azad İstehlakçılar Cəmiyyətinə və hüquq-mühafizə oraqanlarına müraciət etməyimiz istehlakçıların bir daha aldadılmamasına, kimlərinsə asan yolla pul qazanmaq məqsədi ilə vaxtı keçmiş məhsulları satmaqla insanların həyatlarının və səhhətlərinin təhlükəyə atması, günahkarların isə cəzalandırılmasını tələb edərək, insanların bizim qarşılaşdığımız vəziyyətə düşməməsi üçün bu yazını dərc etməyi özümə vətəndaş borcu bildim.


Cəmilə (Çiçək) İsbəndiyarova,

QHT sədri, sayt və jurnal baş redaktoru,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü


reklamlar

Digər xəbərlər