Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.
Zekainfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Saat 17:00-da "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
"Sabah" – "Qəbələ" görüşü isə saat 19:30-da start götürəcək. Bu oyun "Bank Respublika Arena"da reallaşacaq. Raundun cavab matçları martın əvvəlində təşkil ediləcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. "Sabah" – "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Bank Respublika Arena"
Qeyd edək ki, fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.