Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat təlimi şöbəsinin rəisi general-mayor Fanil Sarvarov Moskvanın cənubunda avtomobil partlayışı nəticəsində həlak olub.
Zekainfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko məlumat yayıb.
"22 dekabr səhəri Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. General-mayor Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb", -, bildirib.
Hərbçinin qətli ilə bağlı cinayət işi açılıb.
***10:17
Moskvada avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb.
Zekainfo.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, maşın Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova aid olub. Belə ki, general avtomobildə olarkən partlayış baş verib.
Qeyd olunur ki, hücumda 56 yaşlı general yanıq xəsarətləri alıb. Fakt araşdırılır.