Azərbaycanda körpələrə ən çox verilən adlar

Azərbaycanda körpələrə ən çox verilən adlar
Cəmiyyət 08 Oktyabr 2025 - 12:28

Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub.

Zekainfo.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, qızlara ən çox Zəhra və Zeynəb adları verilib. Bu adlar sırasında Mələk, İnci, Fatimə, Ayla, Nilay, Melisa, Aylin, Məryəm də var.

Oğlanlara isə ən çox Uğur adı verilib. Tunar, Ayxan, Məhəmməd, Murad, Ömər, Raul, Yusif, Hüseyn, Əli adları da bu sıradadır.

reklamlar

Digər xəbərlər