Tələbələrin köçürülməsi üzrə nəticələr şəxsi kabinetlərə göndərildi

Tələbələrin köçürülməsi üzrə nəticələr şəxsi kabinetlərə göndərildi
Təhsil 05 Avqust 2025 - 17:23

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

Bu barədə Zekainfo.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etməlidirlər: "Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcəkdir".

reklamlar

Digər xəbərlər