
QAZA - Aclıqdan, susuzluqdan və xəstəlikdən ölən Qəzzalı uşaqların
görüntüləri beynəlxalq ictimaiyyətin gözündə dözülməz hala gəlib. İki aydan çox
blokadadan və xarici liderlərin təzyiqindən sonra İsrail hakimiyyəti bu bazar
günü, mayın 18-də Qəzzaya humanitar yardımın qismən qaytarıldığını elan etdi.
İsrail blokadasının başladığı martın 2-dən bəri ilk dəfə olaraq,
mayın 19-u bazar ertəsi günü Birləşmiş Millətlər Təşkilatının 9 humanitar yük
maşınının Fələstin ərazisinə daxil olmasına icazə verilib. Onlardan beşi artıq
Qəzzanın ucqar cənubunda Misir sərhədi yaxınlığında yerləşən Kerem Şalom keçid
məntəqəsini keçib.
Bu ilk atəşdən sonra BMT sözçüsü mayın 20-i çərşənbə axşamı elan etdi
ki, tezliklə Qəzzaya yüzə yaxın yük maşını yardım gələ bilər.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az