Kəndimizdə
ən qoca adam mənim babamdır. Qocalığına görə hamı onu çox sevir. Yüz on yaşlı
babamın ötən il ad gününü bütün el-oba keçirirdi. İstər cavanlar, istərsə də
böyüklər onunla şirin-şirin söhbət etməyi xoşlayırdılar. Tarixin harasından desən,
babam xəbər verirdi.
Elə
bil, tarix kitabını özü yazmışdı. Kəndimizin üst tərəfi uca bir dağa söykənib.
Bu dağa Qoca dağ deyirdilər. Qoca dağın ətəyində qoşa qaya vardı: sanki, yer
yarılmış, bu qayalar yerdən on mərtəbəli bir bina kimi ucalmışdı. Bu qayalar,
elə bil, kəndi düşməndən qorumaq üçün yaranmışdı.
Kəndimizə
bahar gəlmişdi, ətrafda ağaclar ağ çiçəyə bürünmüşdü. Bağımızda yaşıdlarımla
qaçdı-tutdu oynadıqdan sonra qaça-qaça babamın yanından keçib bulaqdan su içmək
istədim. Dedi:
–
A bala, niyə belə qaçırsan, arxanca hay gəlib?
Babam
gördü ki, su içmək üçün qaçdım. Suyu içib babamın yanına gəldim:
–
Baba, mənə dedin ki, nə qaçırsan, arxanca hay gəli? Hay nə deməkdi? Cindi?
Şeytandı? Yoxsa nədi? Heç nə anlamadım.
Babam
köksünü ötürüb, dərindən ah çəkdi. Mən ona qısıldım, boynunu qucaqladım...
–
Ay baba, yoxsa xətrinə dəydim, niyə belə dərindən
ah çəkdin? – dedim.
–
Oğul, sən mənim yaramın qərtməyini qopardın.
–
A kişi, yaranı göstər, mən sənə heç toxunmadım ki,
qərtməyi hardan qopardım?
Babam
əynindəki pencəyin qollarını geri çırmadı. Onun qollarında şırım-şırım, göz-göz
yanıq izləri vardı. Soruşdum:
–
Baba, bu nədi? Bunu kim eləyib?
–
Haylar, oğlum, haylar.
–
Baba, məni qorxutma. Bu hay köpək oğlu kimdi gedim
onu öldürüm.
–
Hay erməniyə deyilir, bala. Babalarımız doğma
torpağında rahat yaşadıqları bir zamanda imperator bu erməniləri pərən-pərən
yaşadıqları yerdən köçürüb, bizim torpaqlara gətirdi.
Dedilər ki, guya onlar qaçqındırlar. Bir neçə il yaşadıqdan sonra
qayıdıb öz yerlərinə gedəcəklər. Ata-babalarımız da inanıb, hayları ən yaxşı
torpaqlarda yerləşdirdilər. Ən ləzzətli xörəklərə qonaq etdilər. Yadımdadı,
onlara yemək üçün kələm dolması verəndə, kələmini yeyir, içinin ətini zibilə çıxarırdılar.
Get-gedə bu çağrılmamış qonaqlar özləri üçün daşdan evlər də tikməyə
başladılar. Onların davranışında qaçqınlıq hiss olunmurdu. O zamandan
impratorun fərmanı ilə bizim musurmanlara odlu silah gəzdirmək qadağan edildi.
Bizimkilər də özlərini vəhşi heyvandan, canavardan, ayıdan qorumaq üçün kəmərlərinə
xəncər bağlamağa başladılar. Və beləcə
aylar, illər ötdü. Bu qaçqın haylar evlərini hündür daş hasara almağa
başladılar. Onların evləri hündür hasarın içində əlçatmaz qalaya bənzəyirdi.
Yavaş-yavaş haylar yerli adamlara ziyan vurdular. İmkan tapanda
mal-qaranı, qoyun-quzunu oğurlayır, oğurladıqları quzuların dərisindən papaq
tikib, başlarına geyir, adamların içində şeşələnirdilər. Sonra adam oğurluğu
başladı. Kiminin oğlu, kiminin qızı yoxa çıxır, uzun axtarışdan sonra qəm-kədər
onları məhv edirdi. Yaxşı yadımdadı, uşaq idim, qəflətən ara qarışdı, məzhəb
itdi. Haylar şirə-nərə döndülər. Evləri yandırmağa başladılar. Sanki, kiminsə
tapşırığını yerinə yetirən bu qullar yersiz gəldi, yerli qaç oyunu
oynayırdılar.
–
Hamilə bibimin qarnını yarıb, bətnində olan uşağı
qanına qəltan etdilər. Sonra mən əllərinə keçdim. İki qolumu qaynar qazana
salıb, yandırdılar. Halımı görəndə, babam əlində xəncər onların üstünə cumdu.
Biri arxadan babama ağacla zərbə vurdu. Babam yıxıldı. Onun yıxılmağından
istifadə edərək, ikisi babamı ayağa qaldırdı, ikisi də qaynar samovarı onun
belinə sarıdı.
Qollarım yansa da, mənə görə özünü oda atan babamın kürəyinə sarınmış
samovarın yanğısından fəryad qopararaq, canını tapşırdığını öz gözümlə gördüm.
Bu hadisədən sonra bizimkilər, yəni atam, əmilərim, dayılarım və kənd cavanları
dərslərini aldıqlarından, qəribə-qəribə “silah”lar düzəltməyə başladılar. Dəmirçilər
tək qanadlı, yabaya oxşar metal əşiyalar, icad etdilər. Bu əşiyaların ucuna kürək
sapı kimi dəstəklər keçirdilər. Üstünə gələn düşmənin sinəsini, qarnını
deşik-deşik etmək bu silahın əlində su içmək kimi bir şey oldu.
Əhalinin haydan daha çox erməni kimi tanıdıqları əclaflar növbəti dəfə
aranı qarışdıranda, əməlli-başlı paylarını alandan sonra saxta təbəssümləri ilə
düşmənçiliyin aradan qaldırılmasına çalışdılar. Kirvəlik qohumluğunu geniş
yaydılar.
Hayqaz
adlı birisi də atama girişdi. “Mənim dostum” deyərək, evimizə yağ-bal daşımağa
başladı. Bir müddət ara səngidi. Sakitlik yarandı. Qocalı-cavanlı hamı inandı
ki, daha qorxu sovuşdu. Bir azdan kəndimizdə tanımadığımız adamlar peyda
oldular. Yaşlı adamlarla söhbətlər edərək, vərəqələr payladılar.
Vərəqələrdəki
yazılara görə, guya imperatorun taxtı laxlamağa başlayıb. Bir əmim, bir dayım
da onlara qoşulub getdilər. Bu cəncəl işə ermənilər də qol qoydular. Birlikdə
onlara “bəlşəviklər” deyirdilər. Sevinənlər də vardı. Axır ki, düşmənçiliyi
yaradan imperator taxtdan yıxılandan sonra ağ günə çıxacağıq – deyə düşündülər.
“Kasıb-kusubu” yoldan azdıran keçəl hakimiyyətə gəldi. Sən demə ermənilər onun
qarnındaymış. Keçəlin sağ əli olan ermənilər müəllim, bizim musurman kişilər
şagird oldular.
Müəllimin
cini tutanda ayağa durub özü ilə gəzdirdiyi şallaqla bizimkiləri nəinki, döyməyə,
hətta öldürməyə başladılar. Dişlərinə kimi silahlanıb, torpağımızdan bizi
süpürüb atdı bu ermənilər. Bunu görən Türk qardaşlarımız harayımıza çatdı,
onların burunlarını əzib, yerlərinə oturtdular. Fırıldaqçı Şaumyanla birləşən
Mikayan bizə pislik etməkdən vaz keçmədi. Ala çatını əllərindən yerə
qoymadılar. Başımıza min müsibət gətirdi bu mərdimazarlar...
Babam
danışır, gözləri yumulub-açılırdı. Gördüm o, için-için ağlayır. Onun uğrunda
mübarizəyə qalxan babasının belinə qaynar samovar bağlandığı anı xatırlayanda,
varlığını unudurdu. Sonra da deyirdi:
–
Bircə bu alçaqların məğlub olduğu günü görsəydim, dərdsiz-bəlasız
ölərdim.
Mən
babamı daha bərk qucaqlayaraq öpüşlərə qərq edirdim.
Gözlənilməz
bir hadisə bütün nəslimizi sarsıtdı. Əmim oğlu Mübarizin sərhəddi keçib ermənilər
tərəfdə həlak olması haqqında bilməyən, danışmayan qalmadı. Hamı onu qınadı:
–
Bu əsgərin ermənilərin yanında nə işi varmış. Görəsən düşmənlə nə əlaqəsi? – deyib, hərə bir formada qandığı kimi
pıçhapıçla danışırdı. Əsl həqiqət üzə çıxanda, məlum oldu ki, ermənilərin
alçaqlıqlarına dözə bilməyib, ixtiyarında olan ən güclü silahı götürüb ermənilərin
sərhəddini keçərək, onların üstünə gedib:
–
Allah ya mənə verər, ya onlara deyərək, qəflətən erməni dığalarını çaş-baş
salaraq onları bir-birinə qırdırmış, gücü tükənənə qədər erməni öldürmüş, sonda
həlak olmuşdu.
Adamlar
bu şücaəti eşidib, dəstə-dəstə qapımıza gələndə, babam onların gəlmə səbəbini
öyrəndi. Çox məyus oldu. Erməniləri söyüşlərə qərq etdi:
–
Əclaflar, qanımızı tökdünüz! Qollarımı yandırdınız! Babamı öldürdünüz! İndi nə
istəyirsiniz?! Elə bilirdiniz, qarşınıza çıxan tapılmayacaq!. Bilirsiniz, mənim
nə qədər nəvələrim, nəticələrim, kötücələrim var?! Qorxaq həriflər, baş yeyənlər,
gözlərim önündə milləti qırıb quyulara tökdüyünüz yetmədi?
Mal-qaranı
kəsib, ətini yediniz, kəllələrini də öldürdüyünüz insanların yanında
basdıraraq, tarixi çaşdırmağınız bəs eləmədimi?
Bu
sözləri üzünü erməni yurdsuzlarına tutub hayqıran babam deyirdi.
O
inanırdı ki, əvvəl-axır qisas günü gələcək, mütləq gələcəkd!
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az