
11 sentyabr hücumlarının təşkilatçısı
Xalid Şeyx Məhəmməd ona qarşı irəli sürülən ittihamları boynuna alaraq Amerika ədliyyə
sistemi ilə razılığa gəlib.
2001-ci il sentyabrın 11-də
“Əl-Qaidə”nin ABŞ-a qarşı törətdiyi hücumların təşkilatçısı olmaqda ittiham
olunan Xalid Şeyx Məhəmməd təqsirini boynuna almağa razılaşıb.
Digər iki terrorçu Valid Bin
Attaş və Mustafa əl-Hövsəvi də eyni şeyi ediblər.
Onların hamısı ABŞ-ın
Quantanamodakı hərbi dəniz bazasında illərlə məhkəməsiz saxlanılıb və ittihamın
şərtlərini, onları ölüm cəzası riskindən xilas edəcək ömürlük həbs cəzasını qəbul
ediblər.
ABŞ mediasının məlumatına görə,
baş prokuror kontr-admiral Aaron Ruqun məktubunda həlak olanların ailələrinə məlumat
verilib ki, həmin şəxslər 2976 nəfərin qətli də daxil olmaqla bütün ittihamları
etiraf edəcəklər.
Tərcümə
edəni İlyas Qədimov /zekainfo.az