Siyasət
09:50, Bugün
Milli Məclis 28 may Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Zekainfo.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.