Qarabağ və Şərqi Zəngəzurda hotellərin gəlirləri açıqlandı

Qarabağ və Şərqi Zəngəzurda hotellərin gəlirləri açıqlandı
İqtisadiyyat 02 Dekabr 2025 - 17:04

Bu ilin yanvar-sentyabr aylarında Qarabağ iqtisadi rayonunda mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 8 milyon 862 min 700 manat gəlir əldə edib.

Zekainfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablama aparıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,3% çoxdur.

Xankəndi şəhəri üzrə bu göstərici 458 min 200 manat, Ağcabədi rayonu üzrə 172 min 100 manat (illik 2,8 dəfə az), Ağdam rayonu üzrə 510 min 300 manat, Ağdərə rayonu üzrə 5 min 900 manat, Bərdə raoynu üzrə 185 min 400 manat (illik 10% çox) təşkil edib.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 2 milyon 566 min manat gəlir əldə edib. Sözügedən göstərici yalnız Laçın rayonunda qeydə alınıb.

Dövr ərzində Qarabağ iqtisadi rayonunda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərclər 16,4% artaraq 9 milyon 392 min 700 manat təşkil edib. O cümlədən Xankəndi şəhəri üzrə bu göstərici 409 min 900 manat, Ağcabədi rayonu üzrə 74 min 500 manat (illik 44,9% az), Ağdərə rayonu üzrə 17 min 100 manat, Bərdə rayonu üzrə 102 min 600 manat (illik 7,7% az) qeydə alınıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə (Laçın rayonu) mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərclər 2 milyon 297 min 500 manat olub.

9 ayda Qarabağ iqtisadi rayonunda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 56 108 nəfər yerləşdirilib. Onlardan 53 365 nəfər Azərbaycan vətəndaşı, 2 743 nəfər isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

Xankəndi şəhəri üzrə bu göstərici 2 070 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmaqla 2071 nəfər, Ağcabədi rayonu üzrə 1 920 nəfər Azərbaycan vətəndaşı, 84 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmaqla 2004 nəfər, Ağdam rayonu üzrə 3 335 nəfər Azərbaycan vətəndaşı, Ağdərə rayonu üzrə 160 nəfər Azərbaycan vətəndaşı, Bərdə rayonu üzrə 5 678 nəfər Azərbaycan vətəndaşı, 11 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmaqla 5 689 nəfər, Şuşa rayonu üzrə 37 446 nəfər Azərbaycan vətəndaşı, 2 647 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmaqla 40 093 nəfər,Tərtər rayonu üzrə 2 756 nəfər Azərbaycan vətəndaşı olub.

Şərqi Zəngəzur iqtisadi rayonunda (Laçın rayonu) mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 16 259 nəfər təşkil edib.

Onlardan 16 259 nəfər Azərbaycan vətəndaşı, 39 nəfər isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

reklamlar

Digər xəbərlər